Dünən
Növbəti ABŞ–Ukrayna danışıqlarının vaxtı açıqlanıb

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Donald Trampın kürəkəni, sahibkar Cared Kuşnerin Ukrayna tərəfi ilə növbəti görüş tarixi müəyyənləşib.
Təhlil.az xəbər verir ki, Uitkoff və Kuşner dekabrın 4-də Ukraynanın Milli Təhlükəsizlik Şurasının katibi Rustem Umerovla danışıqlar aparacaqlar.
Görüşün əsas mövzusunun ABŞ-nin Ukrayna üzrə diplomatik təşəbbüsləri və təhlükəsizlik məsələləri olacağı gözlənilir.