İraq Xarici İşlər Naziri: Ərbildə ABŞ Konsulluğu açılacaq

İraq Xarici İşlər Naziri Fuad Hüseyn Bağdadda ABŞ Dövlət Katibinin müavini Reqası qəbul edib. Təhlil.az xəbər verir ki, onlar müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıqlar, eləcə də Yaxın Şərqin üzləşdiyi regional və beynəlxalq çağırışları müzakirə ediblər. Xüsusilə Suriya və İrandakı vəziyyətə diqqət yetirilib
Hüseyn Ərbildə (İraq Kürdüstanı) ABŞ konsulluğunun açılacağını elan edib və bunun iki ölkə arasında diplomatik əməkdaşlığı daha da gücləndirəcəyini vurğulayıb. Bu kontekstdə nazir 2021-ci ildə təhlükəsizlik problemləri səbəbindən bağlanan Bəsrədəki ABŞ konsulluğunun yenidən açılmasının vacibliyini qeyd edib.
Xarici İşlər Naziri həmçinin ABŞ-ni ölkədəki sabit təhlükəsizlik vəziyyətini nəzərə alaraqİraqa səyahət xəbərdarlıqlarını yenidən nəzərdən keçirməyə çağırıb.