03 dekabr
Rubio: “Venesuela İran üçün dayaq nöqtəsinə çevrilib”

ABŞ dövlət katibi Marko Rubio Venesuelanın Cənubi Amerikada İranın əsas təsir mərkəzinə çevrildiyini bildirib.
Təhlil.az xəbər verir ki, Rubio açıqlamasında deyib:
"İran, SEPAH və hətta Hizbullah regionda fəal şəkildə mövcuddur və onların əsas əməliyyat bazalarından biri məhz Venesuela ərazisidir. Venesuela İranın qalasıdır. İranın, SEPAH-ın və Hizbullahın Cənubi Amerikada mövcudluğu danılmazdır və onların bayraqlarını sancdıqları yer Venesuela ərazisidir. Bu da həmin rejimin açıq şəkildə əməkdaşlığı hesabına baş verir”, – deyə o qeyd edib.
Dünən