03 dekabr

Yuxusuzluğu vaxtında tanımağın “3-3-3 metodu”

Anestezioloq Sanni Nayi yuxusuzluğu vaxtında müəyyən etməyin sadə və təsirli üsulunu — “3-3-3 metodu”nu açıqlayıb.

Təhlil.az xəbər verir ki, onun sözləri “RuffPost” tərəfindən dərc edilib.

Nayinin izahına görə, insan aşağıdakı üç vəziyyəti yaşayırsa, bu artıq adi yorğunluq deyil, yuxusuzluq (insomniya) hesab olunur:

Həftədə ən azı üç gecə normal yatmaq mümkün olmursa,

Bu hal ən azı üç ay davam edirsə,

Gündəlik həyatın ən azı üç sahəsinə yorğunluq, diqqət azalması, əhval dəyişkənliyi və s. — təsir göstərirsə.

Həkim bildirir ki, yuxusuzluğun ən geniş yayılmış səbəbləri stress, spirtli içki qəbulu və rahat olmayan yataq mühitidir. Problemdən qorunmaq üçün o, bir neçə sadə vərdişə əməl etməyi məsləhət görür:

müntəzəm fiziki aktivlik,

otağın sərin, qaranlıq və sakit olması,

gündəlik yuxu rejiminin qorunması,

rahat yataq dəstinin seçilməsi.

Nayi əlavə edir ki, insanlar arasında ən çox rast gəlinən yanlış təsəvvür yuxusuzluğu yalnız “yatmamaq” kimi qəbul etməkdir. Halbuki insan yatmış olsa belə, rejim pozulduqda yuxu dərin olmur və bədən özünü istirahət etmiş hiss etmir. Bu isə diqqətin, iş qabiliyyətinin və ümumi əhvalın zəifləməsinə səbəb olur.

Qeyd edək ki, insomniya  insanın yatmağa çətinlik çəkməsi, gecə tez-tez oyanması, səhər isə çox erkən oyanıb yenidən yata bilməməsi ilə xarakterizə olunur. Bu halda yuxu baş versə belə, kifayət qədər bərpaedici olmur və gündəlik funksionallığa mənfi təsir göstərir.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?