03 dekabr

Üç naringi gündəlik C vitamini normasını təmin edir

Qış fəslinin ən çox istehlak olunan meyvələrindən biri olan naringi sağlamlıq üçün yüksək dərəcədə faydalı hesab olunur.

Təhlil.az xəbər verir ki, biologiya elmləri doktoru Vera Kodentsovanın sözlərinə görə, cəmi üç naringi insanın gün ərzində qəbul etməli olduğu C vitamini tələbatını tam qarşılayır.

Onun bildirdiyinə görə, 100 qram naringidə təxminən 38 milliqram C vitamini var ki, bu da gündəlik tələbatın 30 faizinə bərabərdir. Beləliklə, üç orta ölçülü naringi immun sistemini gücləndirmək üçün kifayətdir.

Mütəxəssis həmçinin naringinin tərkibindəki flavonoidlərin güclü antioksidant təsirə malik olduğunu vurğulayıb. Bu maddələr orqanizmi oksidləşmə stresindən qoruyur, damar iltihabını azaldır, xolesterin səviyyəsini tənzimləyir və ürək-damar sisteminin sağlamlığını dəstəkləyir. Flavonoidlərin xüsusilə meyvənin qabığının altındakı ağ təbəqədə daha çox olduğu qeyd edilir.

Naringi eyni zamanda kalium, maqnezium və həzm üçün vacib olan liflə zəngindir.

Bununla belə, ekspert xəbərdarlıq edir ki, naringi bəzi insanlarda allergiyaya səbəb ola bilər.

Mədə turşuluğu yüksək olanlar, mədə xorası və ya bağırsaq iltihabı yaşayan şəxslər bu meyvəni ehtiyatla istehlak etməlidirlər.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?