02 dekabr
Vahid Ələkbərovun sərvəti 2,58 milyard dollar azalıb

“Bloomberg” tərəfindən dərc edilən “Bloomberg Billionaires Index”ə görə, ilin əvvəlindən bəri Rusiyanın ən böyük iş adamlarının sərvəti 18,1 milyard dollar artıb.
Təhlil.az xəbər verir ki, reytinqə dünyanın ən varlı 500 adamı daxildir.
Eyni zamanda, bəzi rusiyalı milyarderlərin ciddi itkilərə məruz qaldığı bildirilib.
NLMK sədri Vladimir Lisin 3,07 milyard dollar itirib və onun xalis sərvəti 22,8 milyard dollar olub. Lukoil şirkətinin benefisiarı Vahid Ələkbərovun sərvəti isə 2,58 milyard dollar azalaraq 22,7 milyard dollar olub.
Dünən
Dünən