02 dekabr
Günəş “superpartlayış” üçün enerji toplayır

Günəşdə son iki gündə Yer üzünə tərəf dönüş edən cənub ləkə qrupları bu ilin ən böyük ölçüsünə çatıb. Amma ən müəmmalı məqam bu nəhəng ləkə qrupunda demək olar ki, heç bir aktivliyin olmamasıdır. Təhlil.az xəbər verir ki, alimlər bunu “kainatın sükutu paradoksu” ilə müqayisə edirlər: Bu qədər böyük enerji toplanır, amma hara sərf olunduğu bilinmir.
Mövcud vəziyyət elm üçün tam sirr və anarxiya kimidir. Əgər bu enerji böyük partlayışla boşalarsa, 2025-ci ilin dekabrı Günəş fizikasının tarixində ən güclü fırtına dövrlərindən biri kimi yadda qala bilər.
Elm adamları həssas izləmə rejiminə keçib — çünki hər an rekord səviyyəsində Günəş alışması baş verə bilər.
Dünən
Dünən