02 dekabr
Gürcüstan Cənub Qaz Dəhlizi ilə bağlı Azərbaycanla danışıqlara başlayacaq

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisinin Cənub Qaz Dəhlizi ilə bağlı məsələləri Bakı ilə müzakirə etməyi planlaşdırdığını açıqlayıb.
Təhlil.az xəbər verir ki, o, iki ölkə arasındakı dostluq münasibətlərini nəzərə alaraq danışıqların "konstruktiv və səmimi" olacağını söyləyib.
"Nəticələri gözləyəcəyik - indi onlar haqqında danışmaq tezdir. Açıq məsləhətləşmələr aparacağıq və qarşılıqlı məqbul bir razılaşma əldə etməyə ümid edəcəyik", - deyə baş nazir vurğulayıb.
Dünən
Dünən