Qazaxıstan və Aİ viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlara başlayacaqlar

Brüsseldə xarici işlər naziri Koşerbayev və Aİ-nin ali nümayəndəsi Kallasın sədrliyi ilə Qazaxıstan-Aİ Əməkdaşlıq Şurasının 22-ci iclası keçirilib. Təhlil.az-ın məlumatına görə, iclasda qeyd olunub ki, 2024-cü ildə ikitərəfli ticarət dövriyyəsi təxminən 50 milyard dollar, ümumi Avropa investisiyası isə 200 milyard dollara çatıb. Qazaxıstanda Avropa kapitalı ilə 4000-dən çox şirkət fəaliyyət göstərir. İştirakçılar Orta Dəhlizin inkişaf perspektivlərini, ticarət, investisiya, yaşıl və rəqəmsal transformasiya sahələrində əməkdaşlığı müzakirə ediblər.
İnsanlar arasında əlaqələrin genişləndirilməsi xüsusi vurğulanıb. Tərəflər dekabrın 2-də Brüsseldə keçirilməsi planlaşdırılan Qazaxıstan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi və readmissiya ilə bağlı danışıqların başlanmasını alqışlayıblar.