02 dekabr

Azərbaycan COP29-a sədrliyini uğurla başa çatdırdı

Azərbaycan COP29-a sədrliyini müvəffəqiyyətlə yekunlaşdırıb.

Təhlil.az xəbər verir ki, bu barədə COP29 üzrə Azərbaycanın baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev ADA Universitetində keçirilən “Yaşıl enerji və dayanıqlılıqda universitetlərin rolu” adlı beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, Azərbaycan COP29-a yüksək səviyyədə ev sahibliyi edib:

“Biz öz sədrliyimizi müvəffəqiyyətlə başa çatdırdıq. Bəzi məqsədlər istiqamətində işlərimiz isə davam edir”, – deyə, Rəfiyev qeyd edib.

Rəsmi şəxs Azərbaycanın iqlim gündəliyində fəal rolunun gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?