Bu gün

Orxan Yolçuyev: “Azərbaycan regionlararası əməkdaşlığın mərkəzində dayanır” - RƏY

Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya arasında gedən aktiv inteqrasiya proseslərində əsas rol oynayır.

Bunu təhlil.az saytına Siyasət, Tarix və Etnoqrafiya Mərkəzinin (STEM) direktoru Orxan Yolçuyev açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanın Mərkəzi Asiya üzrə Konsultativ Şurada tamhüquqlu iştirakı tarixi, mədəni və siyasi baxımdan tamamilə məntiqidir:

“Biz ortaq mədəni və mənəvi dəyərləri bölüşürük. Ölkələrimizin əksəriyyəti türk dilləri qrupuna daxildir, siyasi mədəniyyətimiz isə bir-birinə çox yaxındır. Buna görə də Azərbaycan və Mərkəzi Asiya ölkələri bir-biri üçün çox cazibədardır”.

Onun sözlərinə görə, “altılıq formatı” gələcək regional əməkdaşlıq və təhlükəsizlik arxitekturasının əsasını formalaşdırır:

“Mərkəzi Asiyada bizim iki rəsmi müttəfiqimiz -Qazaxıstan və Özbəkistan var. Digər ölkələr isə strateji tərəfdaşlardır. Bu regionla bizi birləşdirən çoxsaylı layihələr və ortaq maraqlar mövcuddur”.

Ekspert həmçinin Prezident İlham Əliyevin Xəzər dənizinin birləşdirici roluna dair fikrini də şərh edib:

“Tamamilə doğrudur. Xəzər dənizi Azərbaycan və Mərkəzi Asiya arasında ayırıcı deyil, əksinə birləşdirici faktordur. Son 70 ildə əməkdaşlığın əsasını məhz Xəzər üzərində qurulan əlaqələr təşkil edib”.

O qeyd edib ki, hazırda gedən inteqrasiya təkcə Azərbaycanın Mərkəzi Asiya ilə yaxınlaşması deyil, həm də iki makroregionun Cənubi Qafqaz və Mərkəzi Asiyanın qarşılıqlı inteqrasiya prosesidir:

“Bu prosesin tarixi əsası 250 il əvvəl qoyulub. Bu gün isə biz həmin ənənələrin yenidən canlandığını, bölgələr arasında əlaqələrin daha möhkəm əsaslarla bərpa olunduğunu görürük”.

Rasim Balayev 

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?