Bu gün

Güzəştli mənzillər satışa çıxarıldı

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Binəqədi Yaşayış Kompleksində 204 mənzilin satışına start verir.

Təhlil.az xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat katibi Diana Dadaşova açıqlayıb.

Kompleks 9 və 12 mərtəbəli 28 binadan ibarət olacaq və ümumilikdə 1398 mənzil nəzərdə tutulub. Ərazidə 80 yerlik uşaq bağçası, 960 şagird yerlik məktəb və sosial-məişət obyektləri də inşa edilir.

Mənzillərin satışı 3 dekabr saat 11:00-da başlayacaq və 12 dekabr saat 11:00-dək davam edəcək. Bu elan çərçivəsində Binəqədi ilə yanaşı Hövsan, Sumqayıt, Lənkəran, Yevlax və Şirvan yaşayış komplekslərində də daxil olmaqla ümumilikdə 627 mənzil satışa çıxarılacaq.

Mənzillərin əldə edilməsi elektron hökumət portalı vasitəsilə həyata keçirilir. Seçim prosesi 9–12 dekabr tarixlərində mümkündür və vətəndaşlar mənzilləri həm öz vəsaiti, həm də güzəştli ipoteka ilə ala biləcəklər.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?