Bu gün
Xocavəndin Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb

Xocavəndin Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb.
Təhlil.az Trend-in Qarabağ bürosunun məlumatına istinadla xəbər verir ki, bu mərhələdə 16 ailə olmaqla 55 nəfər Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə yola salınıb. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə daxil olmaqla Qırmızı Bazar qəsəbəsinə ümumilikdə 67 ailə olmaqla 254 nəfər qayıdışı təmin olunub.
Bu gün