Dünən

“Venediktovun Qarabağ açıqlaması Rusiyanın münaqişəni davam etdirmək istədiyini göstərir” – Fərid Şəfiyev - AÇIQLAMA

 "Özünü müxalif kimi təqdim edən Aleksey Venediktovun Rusiyada sərbəst yaşaması təsadüfi deyil və onun Ermənistanda verdiyi müsahibələrdə səsləndirdiyi fikirlər xüsusi sifarişlidir".

Bu fikirləri təhlil.az saytına açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri, diplomat Fərid Şəfiyev deyib. 

O bildirib ki, Rusiya Venediktov kimilərdən xaricə mesaj ötürmək üçün istifadə edir: 

"Onun "Qarabağ münaqişəsi bitməyib" iddiası Moskvanın bu münaqişəni davam etdirmək istədiyini göstərir. Çünki bu, Rusiyanın nəzarət alətidir”.

Diplomatın sözlərinə görə, erməni ekspert dairələrinin bir hissəsi münaqişənin başa çatdırılmasını müsbət qiymətləndirsə də, onların öz siyasi məqsədləri var:

“Onlar Azərbaycanda saxlanılan hərbi cinayətkarları siyasi məhbus kimi təqdim etməyə çalışırlar. Bununla yanaşı, separatçı rejimin rəhbərlərinin, o cümlədən Vardanyanın Ermənistana qaytarılmasını da istəmirlər. Çünki bu şəxslər onların öz daxilində siyasi sabitliyə təhlükə yarada bilər”.

F. Şəfiyev qeyd edib ki, bütün bunlara baxmayaraq, Venediktovun İrəvanda qəbul edilməsi və ona tribuna verilməsi müəyyən dairələrin onun fikirlərindən öz maraqları üçün istifadə etdiyini göstərir.

O, rus liberal dairələrinin Qarabağ məsələsində həmişə Ermənistanı dəstəklədiyini xatırladıb:

“Rus liberal düşüncəsinin tarixi köklərinə baxsaq, XIX əsrdən bəri islama və türklərə qarşı mənfi yanaşma mövcuddur. Bu stereotiplər münaqişəyə münasibətdə də özünü göstərir”.

Diplomat vurğulayıb ki, Qərb Cənubi Qafqazda sülh üçün real imkanların yarandığını anlayır:

“Rusiyanın ideal variantı yenidən münaqişəyə qayıtmaqdır. Qərb isə regionda sülhə nail olmaq üçün imkanların ortaya çıxdığını görür”.

Rasim Babayev 

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?