Dünən
Zəngəzur dəhlizinin tam hazır olacağı tarix açıqlanıb

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizi üzrə işlərin gedişatı barədə yeni məlumat verib.
Təhlil.az xəbər verir ki, nazir Horadiz–Bakı istiqamətində dəhlizin yol hissəsində tikinti işlərinin artıq tamamlandığını açıqlayıb.
Onun sözlərinə görə, layihə üzrə ümumi işlərin 2030-cu ildə tam yekunlaşdırılması gözlənilir.
Uraloğlu həmçinin vurğulayıb ki, Azərbaycan tərəfi Naxçıvan istiqamətindəki dəmir yolu xəttini aktiv şəkildə təmir edir və bu xəttin Ermənistan sərhədinə qədər çatdırılması planlaşdırılır.
Bu, Zəngəzur dəhlizinin tam fəaliyyətə başlaması üçün əsas mərhələlərdən biri hesab olunur.