Bu gün

Ceyhun Bayramov kardinal Pietro Parolin ilə görüşüb.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Vatikan şəhərinə rəsmi səfəri çərçivəsində Müqəddəs Taxt-Tacın Dövlət Katibi, kardinal Pietro Parolin ilə görüşüb.

Təhlil.az bu barədə Xarici İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir.

Bildirilib ki, görüş zamanı tərəflər Azərbaycan–Vatikan münasibətlərinin mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran regional və qlobal məsələləri müzakirə ediblər.

Azərbaycanın Müqəddəs Taxt-Tac ilə əlaqələrin inkişafına verdiyi böyük önəm vurğulanıb, son dövrlərdə həyata keçirilən yüksək səviyyəli səfərlərin qarşılıqlı anlaşmanın gücləndirilməsinə mühüm töhfə verdiyi qeyd olunub.

Heydər Əliyev Fondu tərəfindən dəstəklənən qoruma və bərpa layihələrinin mümkün etdiyi humanitar əməkdaşlıq xüsusi vurğulanıb.

Azərbaycanın multikulturalizm ənənələri və dini irsin, o cümlədən ərazilərimizdəki xristian abidələrinin qorunması sahəsində uzunmüddətli səyləri diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov həmkarına Azərbaycan–Ermənistan normallaşma prosesi, tarixi Vaşinqton Sammiti razılaşmaları və onların icrası, həmçinin post-münaqişə dövründə bölgədəki vəziyyət və azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə məlumat verib.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?