Aqroparkların idarə olunması üçün yeni ödəniş qaydası təsdiqləndi

Dövlət tərəfindən yaradılan aqroparkların idarə edilməsinə görə ödəniləcək haqqın müəyyən edilməsi ilə bağlı yeni Qayda təsdiq edilib.
Təhlil.az xəbər verir ki, bu barədə qərarı kənd təsərrüfatı naziri Məcnun Məmmədov imzalayıb.
Yeni qaydalara əsasən:
Haqqın məbləği aqroparkın infrastrukturunun saxlanılması xərclərini əhatə edəcək və rezidentlər tərəfindən ödəniləcək.
Ödəniş hər hektar üzrə, illik və ƏDV ilə birlikdə hesablanacaq.
Haqqın miqdarı göstərilən xidmətlərin həcminə, sahibkarlıq fəaliyyətinin növünə və layihənin sosial əhəmiyyətinə görə dəyişəcək.
Sosial layihələr — xüsusilə özünüməşğulluq proqramı çərçivəsində cəlb olunan şəxslər üçün güzəştlər nəzərdə tutulub.
Qaydalara görə müxtəlif fəaliyyət sahələri üzrə ödəniş belə hesablanacaq:
Birillik əkinlər və yem bitkiləri — ilk ildən 100%.
Çoxillik əkmələr — ilk 3 il 20%, 4–5-ci illər 60%, 6-cı ildən 100%.
Sosial bağçılıq — 3 il 0%, 4–5-ci illər 60%, 6-cı ildən 100%.
Tingçilik — 1-ci il 18%, 2-ci ildən 100%.
Tərəvəzçilik və istixana təsərrüfatları — 1-ci il 44%, 2-ci ildən 100%.
Müasir heyvandarlıq, quşçuluq, balıqçılıq və emal obyektləri — tikinti dövründə 33%, fəaliyyətə başlayandan 100%.
Ödəniş rezidentlərlə müqavilə imzalandıqdan sonrakı 12 ayın tamamından sonra 30 gün ərzində ödənilməlidir.
Qərar noyabrın 21-dən etibarən qüvvəyə minib.