24 noyabr

Bakıda çoxmərtəbəli binada yanğın başlayıb

Bakının Nəsimi rayonunun Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binanın mənzilində yanğın başlayıb.

Təhlil.az xəbər verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?