24 noyabr

Xankəndi, Ağdərə və Xocalıda 23 mindən çox sakin məskunlaşıb

Hazırda Xankəndi, Ağdərə və Xocalı rayonlarında 23 min nəfərdən çox sakin məskunlaşıb. Bir neçə yaşayış məntəqəsində təmir-bərpa işləri davam etdirilir.

Təhlil.az xəbər verir ki, bu fikirləri noyabrın 24-də Xankəndi şəhərində “Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş “Səyyar Gənclər Xidməti” layihəsinin Qarabaq Universitetində keçirilən tədbirdə Prezidentin Xankəndi, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov səsləndirib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri böyük sürətlə davam edir:

yeni avtomobil və dəmir yolları çəkilir,

hava limanlarının, elektrik və su təchizatı sistemlərinin qurulması davam etdirilir,

sahibkarlıq və məşğulluq proqramları əhali üçün yeni iş imkanları yaradır.

S. Qəhrəmanov qeyd edib ki, gənclərin sosial fəallığı və təhsili Qarabağın gələcək inkişafı üçün əsas prioritetlərdəndir. Onun sözlərinə görə, Qarabağ Universiteti regionun intellektual və sosial həyatında xüsusi rol oynayır:

“Hazırda universitetdə 2000-dən çox tələbə təhsil alır, onlar müxtəlif sosial və innovativ layihələrdə aktiv iştirak edirlər”.

Məruzədə vurğulanıb ki, bölgənin sürətli inkişafı, sakinlərin doğma torpaqlarına qayıdışı və cəmiyyətə inteqrasiyası dövlətin əsas məqsədlərindən biridir. Xankəndidə keçirilən tədbir də gənclərin regionda sosial layihələrdə fəal iştirakının genişləndirilməsinə xidmət edir.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?