24 noyabr

Nərimanov rayonunda partlayışda xəsarət alan 5 nəfər hospitalizasiya olunub

Noyabrın 24-də saat 9 radələrində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə baş verən partlayışda xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Təhlil.az bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin məlumatına istiadla xəbər verir.

Bildirilib ki, onlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub.

Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.