24 noyabr

Azərbaycan–Çin ticarət dövriyyəsi 10 ayda 3,8 milyard dollara çatıb

Bu ilin yanvar–oktyabr aylarında Azərbaycanla Çin arasında ticarət əməliyyatlarının həcmi 3,815 milyard ABŞ dolları olub.

Təhlil.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən məlumat yayıb.

Rəsmi məlumatlara əsasən,bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 799,2 milyon dollar və ya 26,5% artım deməkdir. Çin qeyd olunan dövrdə Azərbaycanın ümumi ticarət dövriyyəsinin 9,34%-ni təşkil edib və ölkənin ən böyük ticarət tərəfdaşları siyahısında 4-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Azərbaycandan Çinə 79,6 milyon dollarlıq məhsul ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65,2 milyon dollar və ya 5,5 dəfə çoxdur.

Çindən Azərbaycana idxal isə 3,7 milyard dollar təşkil edib ki, bu da illik müqayisədə 734 milyon dollar və ya 24,5% artım deməkdir. Bununla da Çin hesabat dövründə Azərbaycanın birinci əsas idxal tərəfdaşı olub.

2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycan xarici ölkələrlə ümumilikdə 40,862 milyard dollar dəyərində ticarət əməliyyatı həyata keçirib. Bu, ötən ilin eyni dövründən 1,5 milyard dollar (3,8%) çoxdur.

İxrac: 21,637 milyard dollar (illik müqayisədə 1,1 milyard dollar və ya 4,9% azalma)

İdxal: 19,225 milyard dollar (illik müqayisədə 2,6 milyard dollar və ya 15,6% artım)

Nəticədə xarici ticarətdə 2,412 milyard dollarlıq müsbət saldo yaranıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 milyard dollar və ya 2,5 dəfə azdır.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?