24 noyabr

Ötən həftə 252 yanğın baş verib, 6 nəfər həyatını itirib - RƏSMİ

Ötən həftə Azərbaycanda 252 yanğın hadisəsi qeydə alınıb.

Təhlil.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Nazirliyin "112" qaynar xəttinə daxil olan müraciətlər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən 1 həftə ərzində:

252 yanğına çıxış,

30 nəfərin köməksiz vəziyyətdən çıxarılması,

3 avtonəqliyyat qəzası,

1 partlayış,

1 binada uçqun

üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Rəsmi məlumata əsasən, görülən operativ tədbirlər nəticəsində yanğınların vaxtında söndürülməsi və insanların həyatının xilas olunması təmin edilib.

Həftə ərzində Nazirliyin qüvvələri tərəfindən:

70 nəfər, o cümlədən 13 azyaşlı xilas edilib,

93 nəfər, o cümlədən 12 azyaşlı təxliyə olunub,

6 nəfər xəsarət alıb,

6 nəfər isə hadisələr nəticəsində həyatını itirib.

FHN vətəndaşlara təhlükəsizlik qaydalarına ciddi riayət etməyi bir daha xatırladıb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?