24 noyabr

Nərimanovda partlayış: 7 nəfər xəsarət alıb - YENİLƏNİB

Bakı şəhərinin Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən ofislərin birində partlayış baş verib.

Təhlil.az xəbər verir ki, hadisə nəticəsində 7 nəfər xəsarət alıb.

Partlayışdan sonra əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bildirib ki, polis əməkdaşları hadisə yerini mühafizə altına alıb və zəruri təhlükəsizlik tədbirləri görülür.

Hadisənin səbəbləri araşdırılır.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?