22 noyabr
Avropa ABŞ-nin "sülh planına" cavab hazırlayır

Norveçin Baş naziri Yonas Qar Störe G-20 sammitində bir neçə Avropa ölkəsinin Amerika təşəbbüsünə alternativ olacaq öz təkliflərini müzakirə etdiyini açıqlayıb.
Təhlil.az-ın məlumatına görə, o bildirib ki, avropalılar birləşmək və ABŞ planının mübahisəli aspektlərini həll edən balanslaşdırılmış bir həll yolu irəli sürmək istəyirlər.
Əvvəlki media xəbərlərində Avropanın artıq belə bir alternativ təklif üzərində işlədiyi bildirilirdi.