22 noyabr

ABŞ-nin Los-Anceles limanında konteyner gəmisində güclü yanğın baş verib

Şəkil: "Los Angeles Times"

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles limanında konteyner gəmisində güclü yanğın baş verib. Təhlil.az xəbər verir ki, bu barədə şəhər meri Karen Bass öz "X" hesabında bildirib.
"Şəhərin xidməti qurumları Los-Anceles limanında konteyner gəmisində elektrik problemləri səbəbindən baş vermiş yanğınla mübarizə aparırlar. Təcili yardım xidmətləri hadisə yerindədir, 100-dən çox yanğınsöndürən alovu ram etməyə çalışır, liman polisi ekipajın təhlükəsizliyinin təmin edilməsinə kömək edir", - deyə o yazıb.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?