Bu gün
Paşinyan: Ermənistan və Azərbaycan arasında sülh Almatı Bəyannaməsinə əsaslanır

Qazaxıstan bizim üçün çox önəmlidir, çünki Almatıda bizim xarici işlər nazirimizlə Azərbaycan XİN rəhbərinin görüşlərini keçirmək imkanı yarandı. Bu, bizim üçün böyük əhəmiyyət daşıyır.
Təhlil.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birgə mətbuata bəyanatında deyib. O bildirib:
Heç kimə sirr deyil ki, Ermənistan və Azərbaycan arasında sülh Almatı Bəyannaməsinə əsaslanır və bu sənədin konkret siyasi mənası və simvolizmi var. Mən çox şadam ki, rəsmi səfərim nəticəsində Ermənistan və Qazaxıstan arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi. Bu isə regionda əməkdaşlığımızın yeni mərhələyə keçməsi deməkdir”.
Bu gün