Bu gün
Qazaxıstan Zəngəzur Dəhlizi vasitəsilə Türkiyəyə yeni ticarət marşrutu aça bilər

Qazaxıstan Zəngəzur Dəhlizi üzərindən Türkiyəyə birbaşa ticarət marşrutu yaratmağı nəzərdən keçirir.
Təhlil.az xəbər verir ki, bu barədə ölkənin Milli İqtisadiyyat Naziri Serik Jumangarin məlumat verib.
Nazirin sözlərinə görə, yeni marşrut Qazaxıstanın Türkiyə limanlarına birbaşa çıxışını təmin edəcək və mövcud ticarət yoluna alternativ olacaq.
“Hazırda Azərbaycandan keçərək Gürcüstanın Qara dəniz limanlarına gedirik. Yeni marşrut isə yük axınının Naxçıvan üzərindən birbaşa Türkiyəyə yönəldilməsini mümkün edəcək”, – deyə, Jumangarin bildirib.
Qeyd edək ki, Zəngəzur Dəhlizi regionda yeni nəqliyyat və logistika imkanları yaradacağı gözlənilən strateji layihələrdən biri hesab olunur.
Bu gün