21 noyabr

ABŞ: "Rusiyaya yeni sanksiyalar tətbiq edilə bilər, Kiyevə silah tədarükü davam edəcək"

ABŞ Rusiyaya qarşı əlavə sanksiyaların hazırlanmasına başlayıb və Ukraynaya silah tədarükünü davam etdirmək niyyətindədir.

Təhlil.az xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclasında ABŞ-ın təşkilatdakı nümayəndəsi Mayk Uolts bildirib.

O vurğulayıb ki, Moskva müharibəni dayandırmadığı təqdirdə Vaşinqtonun yeni tədbirlər paketini işə salacağı istisna edilmir.

Diplomat əlavə edib ki, Rusiya hərbi əməliyyatları dayandırmadığı müddətdə Ukraynaya hərbi dəstək davam etdiriləcək.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?