Bu gün

Xatəmidən ciddi xəbərdarlıq: “İran süqut edə bilər”

İranın keçmiş prezidenti Məhəmməd Xatəmi ölkədəki ağır iqtisadi durum və dərinləşən böhrana diqqət çəkərək ciddi xəbərdarlıq edib.

Təhlil.az xəbər verir ki, keçmiş prezidentin sözlərinə görə, artıq əhali təxminən 80%-i  ölkəyə kimin rəhbərlik etməsilə maraqlanmır.

Xatəmi qeyd edib ki, inqilabdan sonrakı dövrdə İran bir çox çətinliklərlə üzləşsə də, hazırkı böhranlar əvvəlkilərdən daha ağır xarakter daşıyır.

O, İslam Respublikasının süqut riski ilə bağlı xəbərdarlıq edərək ölkəni “möhkəm ağaca” bənzədib: “Əgər ağacın kökləri quruyursa, onun hündürlüyünün və ya qalınlığının heç bir əhəmiyyəti qalmır”.

Sabiq prezident rəhbərliyi ölkənin gələcəyini düşünməyə və sosial-iqtisadi gərginliyin qarşısını almaq üçün təcili addımlar atmağa çağırıb.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?