Dünən
Semeru vulkanının ətəyində qalan 170 alpinist təxliyə edilib

Şəkil: AFP
İndoneziyada Şərqi Yava əyalətində püskürən Semeru vulkanının ətəyində qalan 170 alpinist təxliyə edilib.
Təhlil.az xəbər verir ki, bu barədə “Reuters” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Alpinistlər gecəni vulkanın kraterindən təxminən 6,4 kilometr aralıda yerləşən baza düşərgəsində keçirməyə məcbur olublar, bundan sonra yerli hakimiyyət orqanları onların təhlükəsiz yerə təxliyəsini təşkil ediblər.
Xilasedicilər həmçinin vulkanın yaxınlığındakı ərazilərdən 900-dən çox sakini təxliyə ediblər. Onların hamısı müvəqqəti olaraq məktəblərdə, məscidlərdə və dövlət binalarında yerləşdirilib.
Vulkanın bundan əvvəl dəniz səviyyəsindən 5,7 kilometr yüksəkliyə kül püskürüb.