Dünən

2026-cı ilin büdcəsində sosial istiqamətlərə ayrılan vəsait 9,1% artırılır

2026-cı ilin dövlət büdcəsində sosial müavinət, təqaüd və kompensasiyalar üçün 2 milyard 144 milyon manat vəsait nəzərdə tutulub. Bu, əvvəlki illə müqayisədə 178,5 milyon manat və ya 9,1% çoxdur.

Təhlil.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisdə “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı açıqlayıb.

Nazir bildirib ki, növbəti ilin dövlət büdcəsində Ünvanlı Dövlət Sosial Yardımı (ÜDSY) üzrə 465 milyon manat, haqqı ödənilən ictimai işlərin təşkili üçün isə 141,7 milyon manat ayrılıb.

Eyni zamanda, dövlət icbari şəxsi sığortası vəsaiti hesabına reabilitasiya vasitələrinin alınmasına 31,7 milyon manat, DSMF-nin investisiya gəlirləri və icbari şəxsi sığorta vəsaiti hesabına şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatına isə 50 milyon manat ayrılması nəzərdə tutulur.

Nazirlik sosial yönümlü proqramların genişləndirilməsi və həssas kateqoriyaların müdafiəsinin gücləndirilməsi üçün 2026-cı il büdcəsində prioritetlərin artırıldığını qeyd edib.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?