Bu gün

Nazir: "Qeyri-neft sektorunda vergi bazası üç dəfə böyüyüb"

Son illərdə dövlət büdcəsinin qeyri-neft-qaz gəlirlərində, xüsusilə də vergi daxilolmalarında müşahidə olunan artım vergi dərəcələrinin yüksəldilməsi nəticəsində deyil, iqtisadiyyatda şəffaflığın güclənməsi və keyfiyyətli vergi inzibatçılığının tətbiqi hesabına təmin edilib.

Təhlil.az xəbər verir ki,  bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, həyata keçirilən tədbirlər nəticəsində, xüsusilə qeyri-neft-qaz sektorunda vergitutma bazası əhəmiyyətli dərəcədə genişlənib. Bu isə həm büdcənin gəlir və xərclərinin, həm də əhalinin gəlirlərinin və müəssisələrin sərmayələrinin artmasına səbəb olub.

Mikayıl Cabbarov əlavə edib ki, 2025-ci il üzrə gözlənilən göstəricilər nəzərə alınmaqla, əhalinin gəlirlərinin əsas mənbəyi olan əməkhaqqı fondu qeyri-neft-qaz özəl sektorunda 2019–2025-ci illər ərzində 3 dəfə artıb.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?