Bu gün

2026-cı ilin büdcəsində sosial xərclər rekord həddə çatır

2026-cı il dövlət büdcəsi sosial sahəyə rekord həcmdə vəsait ayıracaq.

Təhlil.az xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayev Milli Məclisin plenar iclasında məlumat verib. 

 O bildirib ki, gələn il dövlət büdcəsi xərclərinin 41 faizi, cari xərclərin isə 68 faizi – yəni 17,1 milyard manat – sosial yönümlü sahələrə sərf olunacaq. Bu rəqəm 2024-cü ilin icrası ilə müqayisədə 2,5 milyard manat və ya 17 faiz çoxdur.

Nazirin sözlərinə görə, 2022–2026-cı illəri əhatə edən ortamüddətli dövrdə sosial xərclər 5,6 milyard manat, yəni 48 faiz artım göstərəcək.

2026-cı ildə əhalinin sosial müdafiəsi üçün büdcədə 4,9 milyard manat nəzərdə tutulur. Bu:

2025-ci ilə nisbətən 121 milyon manat,

2024-cü ilin icra göstəricisinə nisbətən isə 722 milyon manat çoxdur.

Son 4 ildə bu istiqamət üzrə artım 41 faiz təşkil edib.

Müavinətlər və təqaüdlərə əlavə 151 milyon manat

Gələn il sosial müavinətlər, təqaüdlər və digər sosial ödənişlər üçün 2,8 milyard manat xərclənəcək. Bu, cari illə müqayisədə 151 milyon manat artıqdır.

2026-cı ildə keçmiş məcburi köçkünlərin sosial müdafiəsinə 285 milyon manat ayrılması proqnozlaşdırılır.

Nazirliyin açıqlamasına görə, gələn ilin büdcəsi sosial siyasətin gücləndirilməsi, həssas əhali qruplarının müdafiəsi və sosial rifahın artırılması baxımından mühüm prioritetləri özündə ehtiva edir.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?