19 noyabr
Azərbaycanda “YouTube” platformasında problemlər yaranıb

Qlobal kibertəhlükəsizlik xidməti göstərən “Cloudflare” şirkətinin şəbəkəsində baş verən genişmiqyaslı texniki nasazlıq dünya üzrə çoxsaylı internet resurslarının fəaliyyətinə təsir edib.
Təhlil.az məlumatına görə, ötən gecədən etibarən Azərbaycanda da bir sıra platformalara girişdə çətinliklər müşahidə olunur.
Xüsusilə “YouTube” və “X” (keçmiş Twitter) platformalarının işində problemlər yaranıb və istifadəçilər hesablara daxil olmaqda çətinlik çəkdiklərini bildirirlər.
İnternet xidmətlərinin kəsintilərini izləyən “Downdetector” platforması da Azərbaycanda nasazlıqlarla bağlı çoxsaylı müraciətlərin daxil olduğunu təsdiqləyib.
Bu gün