Bu gün
2025-ci ilin sözü açıqlandı — “Parasosial”

Kembric lüğəti 2025-ci il üçün seçilmiş söz olaraq “parasosial” terminini elan edib.
Təhlil.az xəbər verir ki, bu ifadə insanın heç vaxt üz-üzə gəlmədiyi tanınmış şəxsə qarşı mənəvi yaxınlıq və emosional bağlılıq hissini təsvir edir.
Mütəxəssislərin sözlərinə görə, termin sosial media dövründə xüsusilə aktuallaşıb.
İzləyicilər məşhur şəxslərlə real əlaqəsi olmasa belə, onları yaxından tanıyırmış kimi hiss edir və onlara qarşı emosional bağlılıq formalaşdırırlar.
Lüğət nümayəndələri qeyd ediblər ki, sözün seçilməsi müasir mediada izləyici–məşhur münasibətlərində baş verən psixoloji dəyişiklikləri vurğulamaq məqsədi daşıyır.
Bu gün