Bu gün

Nazirlikdən Xatirə İslama cavab: “İki dəfə dəvət etdik, gəlmədi"

Mədəniyyət Nazirliyi müğənni Xatirə İslamın dövlət tədbirlərinə dəvət almadığı ilə bağlı səsləndirdiyi açıqlamalara rəsmi cavab verib.

Təhlil.az-ın məlumatına görə, nazirlikdən bildirilib ki, müğənni son bir il ərzində nazirlik tərəfindən təşkil olunan iki əsas rəsmi tədbirə dəvət edilsə də, hər iki dəfə şəxsi səbəblər göstərərək iştirakdan imtina edib.

Nazirliyin açıqlamasında deyilir:

“Son bir il ərzində Xatirə İslam 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Xankəndi şəhər Günü çərçivəsində keçirilən rəsmi tədbirlərə Mədəniyyət Nazirliyi tərəfindən iki dəfə dəvət olunub. Xatirə İslam isə hər iki halda şəxsi səbəblər göstərərək iştirakdan imtina edib.

Mədəniyyət və dövlət əhəmiyyətli tədbirlərə dəvət olunan şəxslərin iştirak qərarı onların öz səlahiyyətidir. Lakin sonradan bu dəvətlərin guya verilməməsi barədə səsləndirilən iddialar əsassızdır və faktların təhrifinə yönəlmiş addımdır. İctimaiyyətə yanlış məlumat verilməsi, faktların manipulyasiyası və reputasiyaya yönəlmiş cəhdlər qəbuledilməzdir”.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?