Bu gün

9 ayda 36 min nikah, 15 min boşanma - STATİSTİKA

Ədliyyə Nazirliyinin rayon və şəhər qeydiyyat şöbələri cari ilin ilk 9 ayında 36 332 nikah və 15 480 boşanma halı qeydə alıb.

Təhlil.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb.

Rəsmi rəqəmlər ötən ilin eyni dövrü ilə müqayisədə həm nikahların, həm də boşanmaların sayında cüzı azalma olduğunu göstərir. Belə ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,8-dən 4,7-yə, boşanmaların sayı isə 2,1-dən 2,0-a enib.

Ən çox nikah Şərqi Zəngəzur və Qarabağda qeydə alınıb

Statistika göstərir ki, nikaha daxilolma səviyyəsi ölkə üzrə orta göstəricidən (4,7) bir sıra iqtisadi rayonlarda daha yüksəkdir:

Şərqi Zəngəzur – 5,8

Qarabağ – 5,7

Dağlıq Şirvan – 5,2

Lənkəran–Astara – 5,2

Bakı, Quba–Xaçmaz və Mərkəzi Aran – 4,8

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?