14 noyabr

Təhlükəli obyektlərin təhlükəsizliyi ilə bağlı Koordinasiya Komissiyasının tərkibi genişləndirilib - FƏRMAN

Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının tərkibi genişləndirilib.

Təhlil.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Komissiyanın üzvləri sırasına daxil edilib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?