Bu gün
Burhanettin Duran: Təyyarə qəzasından dərhal sonra axtarış-xilasetmə işlərinə başlanılıb

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan “C130” hərbi yük təyyarəsi ilə bağlı açıqlama verib.
Təhlil.az xəbər verir ki, açıqlamada qəzadan dərhal sonra axtarış-xilasetmə işlərinin başlanıldığı bildirilib.
Burhanettin Duran hadisə ilə bağlı ictimaiyyətin düzgün məlumatlandırılması məqsədilə yalnız rəsmi qurumların açıqlamalarına diqqət yetirilməsi və təsdiqlənməmiş məlumatların paylaşılmamasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Bu gün
Bu gün