Az oturmaq və çox gəzmək psixoloji vəziyyəti yaxşılaşdırır - ARAŞDIRMA

Texas Universitetinin alimləri əhvali-ruhiyyəni yaxşılaşdırmağın sadə və təsirli yolunu müəyyən ediblər.
Təhlil.az xəbər verir ki, amerikalı tədqiqatçıların fikirlərinə əsasən, gündəlik həyatda çox gəzmək və az oturmaq insanın psixoloji vəziyyətinə müsbət təsir göstərir.
Tədqiqat 350 nəfərin həyat tərzinin izlənməsi əsasında aparılıb. Müşahidələr nəticəsində məlum olub ki, iştirakçılar gün ərzində ən azı 30 dəqiqə oturaq vaxtlarını gəzinti, ev işləri və ya alış-verişlə əvəz etdikləri günün ertəsi özlərini daha enerjili və ayıq hiss ediblər.
Alimlər qeyd ediblər ki, uzun müddət oturmaq və ya uzanmaq insanın diqqətini və sayıqlığını azaldır, lakin yuxu müddətinin əhvali-ruhiyyəyə ciddi təsiri müşahidə edilməyib. Tədqiqatçılar hesab edirlər ki, sadəcə hərəkətliliyin artırılması gündəlik əhvalın və zehni aktivliyin yüksəlməsi üçün kifayətdir.