26 aprel

Araz çayında suyun səviyyəsi 41 sm artıb

Bəzi çaylarda sululuq artıb.

Təhlil.az ” xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Qusarçay-Kuzunda 31 sm, Əyriçay-Ağyazıdə 9 sm, Qudiyalçay-Qımılda 4 sm, Katexçay-Qəbizdərədə 3 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Həkəriçay-Balasoltanlıda 11 sm, Bərgüşadçay-Əliquluuşağıda 10 sm artım qeydə alınıb.

Araz çayının yuxarı axımında isə suyun səviyyəsində 41 sm artım müşahidə olunub.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?