18 iyul

Milli Yaylaq Festivalı təşkil olunacaq

Avqustun 15-17-də Göygöl rayonunda IV Milli Yaylaq Festivalı keçiriləcək.

Təhlil.az məlumat verir ki, festival Göygöl rayonunda Xan Yaylağı ərazisində baş tutacaq.

Xan yaylağında orijinal üslubda “Yaylaq yurdu” adlı etnoqəsəbə yaradılır.

Etnoqəsəbənin ərazisində 3 gün ərzində genişmiqyaslı el şənlikləri təşkil olunacaq. Qeyd edək ki, festivalın ilki 2019-cu ildə Gədəbəy rayonunda, ikincisi 2022-ci ildə Göygöl rayonunda keçirilib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?