Dünən

6 ayda 17 qəza, 4 ölüm – Motosiklet sürücüləri təhlükə saçır - RƏSMİ

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) və Bakı Şəhər Dövlət Yol Polisi motosiklet, moped, skuter və velosiped sürücülərinə ciddi xəbərdarlıq edib.

Təhlil.az xəbər verir ki, bu xəbərdarlıq, təkcə qayda pozuntularının artması deyil, həm də insan həyatına vurulan zərbənin ağırlığı baxımından gündəmə gəlib.

Məlumata görə, bəzi sürücülər nəinki yol hərəkəti qaydalarına əməl etmir, hətta bilərəkdən təhlükəli davranışlar sərgiləyirlər:

Qırmızı işıqda keçirlər;

Ara məsafəsi saxlamırlar;

Yol nişanlarına əhəmiyyət vermirlər;

Qoruyucu dəbilqədən istifadə etmirlər;

Sürət həddini aşırlar;

Təhlükəli manevrlər edirlər.

Bu davranışlar, sadəcə inzibati cəza ilə yox, həyatlar bahasına başa gəlir.

Məhz bunun nəticəsidir ki, 2025-ci ilin ilk 6 ayında respublika yollarında moped və motosiklet sürücülərinin təqsiri ilə 17 yol-nəqliyyat hadisəsi baş verib. Bu qəzalar nəticəsində 4 nəfər həyatını itirib, 16 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Təkcə Bakı şəhərində qeydə alınan 7 hadisədə 9 nəfər xəsarət alıb.

Rəsmi açıqlamada vurğulanır ki, bəzi sürücülərin “irəli düşmək”, “qaydanı pozaraq öndə olmaq” istəyi, yalnız statistik rəqəmlər doğurmu. Bu, bir ailənin atasız, bir uşağın anasız, bir valideynin övladsız qalması ilə nəticələnən sosial fəlakətlər yaradır.

Bütün bunların qarşısını almaq məqsədilə NİİM və Bakı Şəhər DYP idarəsi tərəfindən birgə maarifləndirmə aksiyaları təşkil olunub. Sürücülərlə fərdi izahat işləri aparılır, yol hərəkəti qaydalarının pozulmasının hansı fəsadlara yol aça biləcəyi izah olunur.

 

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?