Bu gün
Bakı-Xankəndi-Laçın avtobus reysi açılır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) iyulun 7-dən etibarən Bakı-Xankəndi-Laçın istiqamətində yeni müntəzəm avtobus reysinin istifadəyə veriləcəyini açıqlayıb. Təhlil.az xəbər verir ki, bu addım “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların nəqliyyat xidmətlərinə çıxışını təmin etmək məqsədi daşıyır.
Avtobus marşrutu və hərəkət qrafiki:
• Bakıdan çıxış: hər gün saat 11:00-da (Bakı Beynəlxalq Avtovağzalından)
• Aralıq məntəqələr: Xocalı → Xankəndi → Şuşa
• Bakı istiqamətində:
• Laçından: saat 09:00
• Şuşadan: 10:00
• Xankəndidən: 10:30
• Xocalıdan: 11:00
Bilet qiymətləri:
• Bakı–Laçın: 16.10 manat
• Bakı–Şuşa: 14.80 manat
• Bakı–Xankəndi: 14.20 manat
• Bakı–Xocalı: 13.90 manat.
Bu gün