Dünən

Elxan Nağıyev: Saat 10:00-a qədər 400-ə yaxın donor qan verib

Azərbaycanda Aşura Günü münasibətilə könüllü qanvermə aksiyası davam edir. Aksiya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə keçirilir. Təhlil.az xəbər verir ki, vətəndaşlar aksiyada fəal iştirak edirlər. Donor olmaq istəyənlər səhər saatlarından etibarən paytaxt və bölgələrdə yerləşən qanvermə məntəqələrinə müraciət edirlər.

Respublika Qan Bankının İcraçı direktoru Elxan Nağıyev bildirib ki, saat 10:00-a olan məlumata əsasən, ümumilikdə 362 nəfər könüllü qan verib. Bu şəxslərdən ümumilikdə 162,9 litr qan tədarük olunub.

Bu ilki aksiyalar ölkənin 30 şəhər və rayonu üzrə ümumilikdə 38 məntəqədə təşkil edilib. Qanvermə məntəqələrinə 23 məscid və ziyarətgahla yanaşı, 15 tibb müəssisəsi də daxildir.

Aksiyalar səhər saat 08:00-da başlayıb və davam edir.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?