Bu gün

Pezeşkian: Bəziləri Azərbaycana səfəri təhlükəli hesab edirdi, amma tam təhlükəsiz oldu

Məlum olduğu kimi, İran Prezidenti Məsud Pezeşkian dünən Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci sammitində iştirak edib, eləcə də tədbirə qatılan liderlərlə görüşlər keçirib. 

Təhlil. az xəbər verir ki, İranın “Jamaran” portalında qeyd edilənlərə əsasən, Pezeşkian ölkəsinə qayıtdıqdan sonra səfərlə bağlı maraqlı açıqlamalar verib. 

Onun sözlərinə görə, ölkəsində bəzi şəxslər səfərin təhlükəli ola biləcəyini deyib: “Bəziləri deyirdi ki, bu səfər təhlükəli ola bilər, yaxud yolda hansısa problemlər yarana bilər. Lakin həm səfərimiz problemsiz oldu, həm də tam təhlükəsiz şəraitdə geri qayıtdıq”.

İran lideri, eyni zamanda səfər çərçivəsində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşlərdən bəhs edərək danışıqların konstruktiv olduğunu, dost və müsbət mühitdə keçdiyini diqqətə çatdırıb. 

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?