03 iyul

Ağdamda Qırğız Respublikasının inşa etdiyi “Aykol Manas” məktəbinin açılışı olacaq

Qırğızıstan Prezidenti Sadır Japarov iyulun 3-də Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci sammitində iştirak etmək üçün Azərbaycana ikigünlük işgüzar səfər edəcək.

Təhlil.az xəbər verir ki, bu barədə dövlət başçısı administrasiyasının xarici siyasət şöbəsinin müdiri Sağınbek Abdumutalip məlumat verib.

S.Abdumutalip qeyd edib ki, "ECO-nun etibarlı və iqlimə davamlı gələcək üçün yeni baxışı" mövzusunda keçiriləcək sammitdə tərəflər təşkilatın gündəliyindəki aktual məsələləri, o cümlədən üzv dövlətlər tərəfindən iqlim dəyişikliyinin qarşısının alınması üçün görülən tədbirləri müzakirə edəcəklər.

S.Japarovun səfəri zamanı, həmçinin Qırğızıstan tərəfindən inşa edilmiş Ağdam rayonundakı "Aykol Manas" məktəbinin rəsmi açılışı da baş tutacaq.

SORĞU

Hava limanında taksi seçimləri

Hava limanında tətbiqlər vasitəsilə taksi sifariş etmək imkanı sizin üçün nə dərəcədə vacibdir?