02 iyul

Şavkat Mirziyoyev Bakıda "Özbəkistan" parkını açacaq

Bu barədə Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Asadov sosial şəbəkələrdə məlumat verib. "Prezident Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə başlayıb. Səfər çərçivəsində dövlət başçımız Bakı, Xankəndi, Şuşa və Ağdam şəhərlərinə səfər edəcək", - məlumatda deyilir. Onun sözlərinə görə, bu gün Bakıda Azərbaycan və Özbəkistan liderləri Ali Dövlətlərarası Şuranın ikinci iclasını keçirəcək, həmçinin "Özbəkistan" parkının təməlini qoyacaq və Özbəkistanın Bakıdakı səfirliyinin yeni binasını açacaqlar.

SORĞU

Hava limanında taksi seçimləri

Hava limanında tətbiqlər vasitəsilə taksi sifariş etmək imkanı sizin üçün nə dərəcədə vacibdir?