02 iyul
Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub

Yekaterinburqda amansızlıqla öldürülən Ziyəddin Səfərovun saxlanıldığı anı əks etdirən videogörüntü mövcuddur.
Təhlil.az xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin müstəntiqi Pərviz Cəlilov Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyasında işgəncəyə məruz qalması və qəsdən öldürülməsi ilə bağlı keçirilən brifinqdə deyib. O bildirib ki, Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub, bədənində hansısa bir xəsarət olmayıb.
“Bu o deməkdir ki, o, işgəncə nəticəsində öldürülüb”, - Pərviz Cəlilov vurğulayıb.
Bu gün