02 iyul

Zaxarova: Rusiya və Azərbaycan arasında dostluq münasibətləri son dərəcə əhəmiyyətlidir

Rusiya və Azərbaycan arasında dostluq münasibətləri son dərəcə əhəmiyyətlidir, onları pozmaq istəyənlər nə etdikləri barədə yaxşı düşünməlidirlər.

Təhlil.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova "Sputnik" radiosunun efirində bildirib.

"Bu məsələdə sadəcə aranı qatmaq istəyənlər var. Düşünürəm ki, hər iki xalq üçün dostluq münasibətləri son dərəcə vacibdir. Bu münasibətləri pozmaq istəyənlər nə etdikləri barədə yaxşı düşünməlidirlər", - o bildirib.

Report

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?